Şəkidə Qurban bayramı münasibətilə həssas ailələr ziyarət olunub


Şəkidə müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri, qazilər və aztəminatlı ailələr ziyarət edilib.
Azturkxeber.az xəbər verir ki, Millət vəkili Vüqar İskəndərovun adından ailələrə bayram sovqatları təqdim olunub, deputatın bayram təbrikləri onlara çatdırılıb.
Görüş zamanı bildirilib ki, şəhid ailələri, qazilər və sosial həssas təbəqədən olan vətəndaşlar daim diqqət və qayğı ilə əhatə olunur. Humanitar aksiya yüzdən çox sakini əhatə edib.
Qeyd edilib ki, bu cür sosial dəstək aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: