azturkxeber.az
http://azturkxeber.az

Hərbi qulluqçumuz Bakı Marafonunda yüksək nəticə əldə etmişdir

04-05-2026

May ayının 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə idmanın inkişafına dəstək göstərilməsi və sağlam həyat tərzinin təbliği məqsədilə Bakı Marafonu keçirilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib

Məlumata görə, start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olan və “Küləyə qalib gəl” şüarı altında təşkil edilən sayca doqquzuncu Bakı Marafonu bu il ilk dəfə olaraq klassik marafon məsafəsi — 42 kilometr üzrə keçirilmişdir.

Marafonun iştirakçıları arasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Yusubova Anna da yer almışdır. Yüksək fiziki hazırlıq nümayiş etdirən hərbi qulluqçumuz 42 kilometrlik məsafəni 2 saat 55 dəqiqə 52 saniyəyə qət edərək ikinci yerə layiq görülmüşdür.

Qeyd olunmalıdır ki, Bakı Marafonu peşəkar və həvəskar idmançıların bir araya gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən kütləvi idman tədbiri kimi öz əhəmiyyətini bir daha təsdiqləmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031