azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Salyan şəhərində vətəndaşları qəbul edəcək

29-12-2025

Ədliyyə naziri Fərid Əhmədov 09 yanvar 2026-cı il tarixində Salyan şəhərində Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala ve Biləsuvar rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 08 yanvar tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Şirvan regional ədliyyə idarəsinə (ünvan: F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 021 212 67 27) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031