azturkxeber.az
http://azturkxeber.az

Narkotik aludəçisi olan yük avtomobilinin sürücüsü stasionar postda saxlanılıb

25-12-2025

Narkotik aludəçisi olan yük avtomobilinin sürücüsü stasionar postda saxlanılıb

Bərdə rayon sakini Rəşad Kərimov “Ford” markalı yük avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən Yol Patrul Xidməti alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.

Müayinə zamanı narkotik vasitənin təsiri altında olduğu sübuta yetən R.Kərimov barəsində müvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

“Narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, - deyə məlumatda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031