azturkxeber.az
http://azturkxeber.az

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub

23-03-2025

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub


Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Peugeot” markalı avtomobilin sürücüsü Azər Adıgözəlov Baş Dövlət Yol Polisi İdarəsinin 5-ci taqımının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənbildirilib ki, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğu üçün Azər Adıgözəlov ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31