Özəlləşdirmə və icarədən muxtar respublika büdcəsinə 1 milyon 533 min manat vəsait daxil olub
Cari ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvanda 86 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən daxilolmalar 1 milyon 211 min manat təşkil edib. Bunun 908 min manatı muxtar respublika büdcəsinə ödənilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hesabat dövründə 242 yeni icarə müqaviləsi bağlanıb, 194 müqavilənin müddəti uzadılıb. Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 625 min manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən ümumilikdə muxtar respublika büdcəsinə 1 milyon 533 min manat vəsait daxil olub.
Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9474 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 4177-si torpaq sahəsi, 3581-i fərdi yaşayış və bağ evi, 1281-i mənzil, 204-ü qeyri-yaşayış sahəsi,197-si qeyri-yaşayış binası, 34-ü əmlak kompleksidir.
Cari ilin 11 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,1 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:

