azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın daha bir idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

22-12-2025

Azərbaycanın daha bir idmançısı Qış Olimpiya Oyunlarına lisenziya qazanıb -  EKSKLÜZİV

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.

17 yaşlı idmançı buna beynəlxalq yarışlarda topladığı ümumi reytinq xallarına əsasən nail olub.

Bununla da Azərbaycanın İtaliyada keçiriləcək Oyunlara qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib. Daha əvvəl fiqurlu konkisürən Vladimir Litvintsev qış olimpiadasında iştirak hüququ əldə edib.

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək Milan və Kortina şəhərlərində təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031