azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın fiqurlu konkisürəni Qış Olimpiya Oyunlarına lisenziya qazanıb

30-03-2025


Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qış İdman Növləri Federasiyasındanverilən məlumata görə, o, bu uğura ABŞ-ın Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançımız qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak hüququ əldə edib.

Yarışda çıxış edən Azərbaycanın digər təmsilçiləri Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan cütlük Samanta Ritter və Daniel Brikalov isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31