azturkxeber.az
http://azturkxeber.az

Qarışıq cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar şəxsiyyət vəsiqələri ilə təmin olunub

18-12-2025

Qarışıq cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların şəxsiyyət vəsiqələri ilə təmin olunması istiqamətində növbəti addım atılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində qarışıq rejimli cəzaçəkmə müəssisəsində saxlanılan 40 məhbusa şəxsiyyət vəsiqəsi təqdim edilib. Tədbirin əsas məqsədi məhkumların hüquqlarının təmin olunması, onların şəxsiyyət sənədləri ilə bağlı mövcud problemlərinin aradan qaldırılması və cəmiyyətə reinteqrasiya prosesinin asanlaşdırılmasıdır.

Sənədlərin verilməsi prosesi əvvəlcədən aparılmış müvafiq yoxlamalar, şəxsiyyətin müəyyənləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun prosedurlar əsasında həyata keçirilib. Bu prosesdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsinin əməkdaşları ilə yanaşı, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları da iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031