azturkxeber.az
http://azturkxeber.az

Bir addım… bir an… bir həyat

18-12-2025

Piyadavurma hadisələri təkcə yol qəzası deyil - bu, həm də ailələrin taleyinə dəyən zərbədir. Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.

Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir ömrü yarıda qoya bilər.

Sürücülər!

Sükan arxasında olduğunuz hər saniyə bir həyatın məsuliyyətini daşıyırsınız.

Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın, uşaqlara, yaşlılara, xüsusilə gecə saatlarında və məhdud görünmə şəraitində piyadalara qarşı daha diqqətli olun.

Piyadalar!

Təhlükəsizlik ilk növbədə öz davranışınızdan başlayır. Yolu yalnız müəyyən edilmiş yerlərdən keçin, işıqforun tələblərinə əməl edin və unutmayın ki, tələskənliyiniz həyatınız bahasına başa gələ bilər.

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayaq: Bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa çevrilə bilər!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031