azturkxeber.az
http://azturkxeber.az

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb

16-12-2025

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib. Yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Sos kəndi bugün 21 ailə olmaqla, ümumilikdə 94 nəfərə qucaq açıb. Yaşayış məntəqəsində sakinlərin məskunlaşmaları üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya infrastrukturu bərpa edilib.

Kəndə qədəm qoyan ailələr doğma yurda qovuşmağı sevinc göz yaşları ilə qarşılayıb və yaradılan gözəlliyi seyr ediblər.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031