azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya edilmiş qadın və uşaqlarla görüşüb

15-12-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən xarici ölkədə çətin həyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçinin onların hüquq və azadlıqlarının təmin olunması məsələləri diqqətdə saxlanılır.

Ombudsman Aparatının əməkdaşları 2025-ci il 5 dekabr tarixində Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilmiş Azərbaycan Respublikası vətəndaşları ilə görüş keçirib.

Repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilmiş 1 qadın və 3 uşaqla keçirilən görüş zamanı onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Müəssisə rəhbəri və əməkdaşları tərəfindən təsisatın nümayəndələrinə repatriantlara göstərilən sosial xidmətlər barədə məlumat verilib.

Görüş çərçivəsində uşaqların şəxsiyyətini təsdiq edən sənədlər, təhsil hüququnun təmini, qadının təhsilinin bərpası ilə bağlı çətinliklərin mövcud olduğu müəyyən edilib, repatriantlara hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində tövsiyələr verilib. Bununla yanaşı, repatriantlara Müvəkkilin mandatı, Ombudsmana müraciət imkanları barədə geniş məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031