Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Ümummilli Liderin məzarını ziyarət edib.
Daimi nümayəndəliyin kollektivi müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyub.
Sonra nümayəndəliyin əməkdaşları Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər düzüb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


