azturkxeber.az
http://azturkxeber.az

Lerikdə avtomobil dərəyə aşıb, bir nəfər ölüb

10-12-2025

Lerikdə avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Lerikdə yol kənarında dayanmış avtomobil qəfildən hərəkətə gəlib və dərəyə aşıb.

Hadisə axşam saatlarında rayonun Dico kəndi ərazisində qeydə alınıb.

Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı avtomobili yol kənarında saxlayaraq maşından düşüb. Bir neçə dəqiqə sonra nəqliyyat vasitəsi naməlum səbəbdən hərəkətə gəlib və dərəyə aşıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Meyit daxili və xarici tibbi müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031