azturkxeber.az
http://azturkxeber.az

Müştəri kimi mağazaya daxil olub oğurluq edən üç şəxs saxlanılıb

07-12-2025

Abşeron rayonu ərazisində bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb. Bu barədə polisə müraciət edən zərərçəkənə 3480 manat maddi ziyan dəydiyi məlum olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindəki digər bir mağazada da analoji hadisə baş verib. Naməlum şəxs mağazadakı smart saatı oğurlayıb və əvvəlcədən əlbir olduğu sürücü dostunun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıblar. Əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Rzayev və 33 yaşlı S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031