azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil etmişdir

31-10-2025

31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar-təlim təşkil etmişdir.

Tədbirdə çıxış edən BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Audiovizual Şura ilə Bakı Dövlət Universiteti arasında hər il uğurla davam etdirilən əməkdaşlığın bu il də tələbələr üçün töhfə verəcəyinə əminliyini ifadə etmişdir.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev Audiovizual Şuranın fəaliyyət istiqamətləri, audiovizual media subyektləri, həmçinin görülən işlər barədə tələbələrə ətraflı məlumat vermişdir. Taleh Quliyev Şuranın təşkil etdiyi maarifləndirici tədbirlər haqqında da danışmışdır.

Seminarın növbəti mərhələsində Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Azərbaycanda audiovizual media və onun tənzimlənməsi" mövzusunda geniş təqdimat etmişdir. Ayxan Sadıqlı tələbələrə audiovizual medianın tənzimləmə mexanizmləri, hüquqi aspektləri, tənzimləyici qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri haqqında məlumat vermişdir.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran sualların cavablandırılması və real hadisələr-nümunələrin izahı və müzakirələrlə davam etmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031