azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şura media sahəsində hüquqi məlumatlılığın artırılması istiqamətində daha bir seminar təşkil etmişdir

04-12-2024

 

 

Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumuna uyğun olaraq, 4 dekabr 2024-cü il tarixində Audiovizual Şura BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün növbəti seminar təşkil etmişdir.  

Tədbiri giriş sözü ilə açan BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova silsilə şəklində davam edən seminarların gənc jurnalist namizədlərin formalaşması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev audiovizual media, onun subyektləri, Şuranın fəaliyyət istiqamətləri haqqında danışmış, tələbələrlə interaktiv müzakirələr aparmışdır.

Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Media subyektlərinin və jurnalistlərin fəaliyyəti hüquqi müstəvidə" mövzusunda geniş təqdimat etmişdir. Media subyektlərinin və jurnalistlərin hüquqlarının həyata keçirilməsi və təmini yolları baradə danışan Ayxan Sadıqlı, həmçinin informasiyanın yayılmasına və informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallarla bağlı tələbələrə məlumat vermişdir.

Cari ildə sayca altıncı təşkil edilən görüş tələbələr tərəfindən maraqla qarşılanmış və onları maraqlandıran suallar cavablandırılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031