azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyəcək

29-10-2025

Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 3-də Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Dövlət Komitəsindən bildirilib ki, görüş saat 11:00-da Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında (Ordubad şəhəri, Heydər Əliyev pr., 21) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə (əlaqə vasitələri: (+994) 36 544 56 29, chairman@scara.gov.az) müraciət etmələri xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031