azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə “Grace of Nature” turniri keçirilib

27-10-2025

24–26 oktyabr tarixlərində “İdman paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of Nature” turniri keçirilib.

Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan — “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, BGM, RKİM, SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti, Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron OİK, Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olan gimnastlar iştirak ediblər. Turnirdə fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası mübarizə aparıb.

Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə 2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu il təvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrə proqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarla təltif olunublar.

“Grace of Nature” turniri gənc gimnastların bacarıqlarını nümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət mühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qəbələnin füsunkar təbiəti və idman atmosferi ilə birləşən bu turnir ölkəmizdə bədii gimnastikanın inkişafına və bu idman növünə olan marağın daha da artmasına töhfə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031