azturkxeber.az
http://azturkxeber.az

Bədii gimnastika üzrə “Grace of nature” turnirinə bu gün yekun vurulacaq

26-10-2025

“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turniri davam edir.

Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarışın sonuncu günündə 2010-2013-cü il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə bacarıqlarını nümayiş etdirirlər. Günün ikinci yarısında isə 8 qrup hərəkətləri komandası medallar uğrunda yarışacaq.

Qeyd edək ki, turnirə oktyabrın 24-də start verilib. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031