azturkxeber.az
http://azturkxeber.az

Bədii gimnastika üzrə 9-cu bölgələrarası kubok yarışı uğurla başa çatıb

26-05-2025

Bədii gimnastika üzrə 9-cu bölgələrarası kubok yarışı uğurla başa çatıb

Goranboy Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə keçirilən 9-cu bölgələrarası kubok yarışı uğurla başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkənin müxtəlif bölgələrini - Abşeron, Ağdaş, Gəncə, Kürdəmir, Qax, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Şamaxı, Talaçay və Zaqatalanı təmsil edən 60-dan çox gimnast bu yarışda öz bacarıqlarını nümayiş etdirib.

Yarışın ilk günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında çıxış edən idmançılar çoxnövçülük proqramı üzrə performanslarını təqdim ediblər.

İkinci gün isə təsnifat mərhələsində fərqlənən gimnastlar mükafatlandırılıb.

Balacalar yaş kateqoriyası üzrə:

2015-ci il təvəllüdlülər: Zaqatala, Şəmkir və Naxçıvan;

2016-cı il təvəllüdlülər: I və II yerlər - Abşeron, III yer - Zaqatala;

2017-ci il təvəllüdlülər: I yer - Sumqayıt, II və III yerlər - Mingəçevir.

Yeniyetmələr yaş kateqoriyası üzrə:

2012-ci il təvəllüdlülər: Zaqatala, Abşeron və Ağdaş;

2013-cü il təvəllüdlülər: Zaqatala, Ağdaş və Şirvan;

2014-cü il təvəllüdlülər: Gəncə, Zaqatala və Naxçıvan.

Gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyasında I və III yerlərə Zaqatala, II yerə isə Şirvan təmsilçiləri layiq görülüb.

Yarış zamanı gimnastlar yüksək motivasiya, peşəkar hazırlıq və estetik performanslarla seçiliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031