azturkxeber.az
http://azturkxeber.az

Xarici bazarlara pomidor ixracının həcmi 23,1% artıb

22-10-2025

Xarici bazarlara pomidor ixracının həcmi 23,1% artıb

Ölkəmizdən xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor öz xüsusi çəkisini qoruyur. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan xarici bazarlara pomidor ixracı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Vurğulanıb ki, bu ilin yanvar-sentyabr aylarında ölkəmizdən 144 029,4 ton pomidor ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur.

İlin ilk doqquz ayında ölkəmizdən xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157 171,6 min ABŞ dolları təşkil edib.

Xarici bazarlara pomidor ixracı dinamik şəkildə davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031