İqtisadiyyat nazirinin müavini Salyanda vətəndaşlarla görüşəcək
Oktyabrın 24-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən bildirilib ki, görüş saat 11:00-dan etibarən Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi 126 ünvanında, Salyan rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Parkının ərazisi) keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya 195-1 Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.