İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşəcək
İyunun 23-də iqtisadiyyat nazirinin müavini Anar Axundov Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən bildirilib ki, görüş saat 11:00-dan etibarən Zaqatala şəhəri, Car küçəsi 1 ünvanında Zaqatala rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.