azturkxeber.az
http://azturkxeber.az

QDF-in təşkilatçılığı ilə “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusunda panel görüşü keçirilib

14-10-2025

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Rebuild Karabakh 2025” sərgisi çərçivəsində “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusunda panel görüşü keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov, “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Elman Cavanşir və “PMD Group” MMC-nin Daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyevin iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçirilən panel görüşündə işğaldan azad edilmiş ərazilərdə yeni şəhərsalma prinsipləri, regionun Azərbaycan və dünya iqtisadiyyatına inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının praktik nümunələri və gələcək mərhələdə qarşıya çıxan əsas çağırışlar müzakirə edilib.

Qarabağın yalnız iqtisadi və investisiya baxımından deyil, həm də Azərbaycanın yeni və davamlı inkişaf modelinin mühüm dayağı kimi formalaşdığı vurğulanıb. Həmçinin, qeyd edilib ki, region investorlar, sahibkarlar və mütəxəssislər üçün geniş imkanlar, əməkdaşlıq və innovativ təşəbbüslər üçün əlverişli mühit yaradır.

Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı sualları cavablandırıblar.

Görüşün sonunda çıxışçılara Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi plaket, sertifikat və Zəfər Gününün ildönümü münasibətilə Zeytun ağacının tingləri təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031