azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı kitab sərgisi təqdim olunub

04-10-2025

Milli Kitabxanada “4 oktyabr– Cəbrayıl şəhəri günü” adlı kitab sərgisi təqdim olunub

Cəbrayıl Şəhəri Günü münasibətilə Milli Kitabxanada “4 oktyabr - Cəbrayıl şəhəri günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Cəbrayıl şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Cəbrayıla Böyuk Qayıdışın yüksəksəviyyədə təmin edilməsi, Vətən müharibəsi və Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə Cəbrayıl şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031