Milli Kitabxanada “20 oktyabr - Zəngilan Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Bu gün Zəngilan Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncama əsasən hər il oktyabrın 20-si “Zəngilan Şəhəri Günü” kimi qeyd olunur.
Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 oktyabr - Zəngilan Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə rəsmi sənədlər, fotolar, Zəngilan şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Zəngilana Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan və xarici dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Zəngilan şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.