azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda Anım Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçirilib

27-09-2025

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 27 Sentyabr – Anım Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq şəhidlərimizin xatirəsinə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 50 şahmatçı iştirak edib.

Sentyabrın 27-də turnirin mükafatlandırma tədbiri keçirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin şöbə müdiri Taleh İbrahimov çıxışında Vətən uğrunda canından keçmiş əsgər və zabitlərin xatirəsinin daim uca tutulduğunu, bu münasibətlə silsilə tədbirlər keçirildiyini xatırladıb. Qeyd olunub ki, 27 Sentyabr tarixi 44 günlük Vətən müharibəsində böyük Zəfərə gedən yolun başlanğıcı kimi də böyük önəm kəsb edir.

Nəticələrə əsasən turnirin qalibi Yasin Əzimli olub. Fərəməz Quliyev ikinci, Cavanşir Nemətli isə üçüncü yerə sahib çıxıb.

İlk üç yerin sahibləri, o cümlədən nominasiya qalibləri və həvəsləndirici yer tutan iştirakçılar mükafatlandırılıblar. Onlara diplom, fəxri fərman, medal və pul mükafatı təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930