Sentyabrın 25-də ölkə üzrə keçirilən əməliyyatlarda böyük miqdarda silah-sursat aşkarlanıb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Sentyabrın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 7 qumbara, 1 alışdırıcı, 9 tüfəng, 9 patron darağı və 3899 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.