azturkxeber.az
http://azturkxeber.az

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2026-2030-cu illər üçün elmi prioritetlər müəyyənləşib

12-09-2025

Elm və Təhsil Nazirliyinin akademik Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında 2026–2030-cu illər üçün elmi-tədqiqat işlərinin prioritet istiqamətləri müzakirə olunub.

Bu barədə institutdan məlumat verilib. İclasda institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, kimya elmləri üzrə aparılacaq tədqiqatlar Azərbaycanın sosial-iqtisadi inkişafı, ekoloji problemlərin həlli və “yaşıl enerji” hədəflərinə xidmət etməlidir. Onun sözlərinə görə, hidrogen energetikası, alternativ enerji mənbələri üçün funksional materialların alınması, ekoloji təhlükəsiz texnologiyaların yaradılması, dekarbonlaşma, tullantıların emalı və neft-kimya sənayesinin yan məhsullarından səmərəli istifadə kimi sahələr xüsusi əhəmiyyət daşıyır.

Müzakirələrdən sonra institutun 2026–2030-cu illər üçün əsas prioritet istiqamətləri təsdiqlənib:

1. Mineral xammal kimi alunitin emalı və tullantılardan qiymətli maddələrin alınması üçün yaşıl texnologiyalar;

2. Alternativ enerji mənbələri üçün nanomateriallar;

3. Biokütlə və biotullantıların emalı, tullantı sularının təmizlənməsi və toksiki maddələrin zərərsizləşdirilməsi;

4. Ağır neftlərin xassələrinin modelləşdirilməsi;

5. Birkarbonlu birləşmələrin katalitik və elektrokimyəvi reduksiyası ilə kiçik molekullu olefinlərin alınma texnologiyası;

6. Yaşıl oksidləşdiricilər və karbon əsaslı nanokatalizatorlar;

7. Yeni qeyri-üzvi nanomaterialların sintezi və bu prosesdə süni intellektin tətbiqi;

8. Fizioloji fəal koordinasion birləşmələr, nanobiokompozit materiallar və “ağıllı” polimerlərin hazırlanması.

Yekunda akademik Dilqəm Tağıyev vurğulayıb ki, innovativ və fundamental tədqiqatlara paralel şəkildə üstünlük verilməli, ali təhsil müəssisələri ilə əməkdaşlıq genişləndirilməlidir. O qeyd edib ki, laboratoriya və şöbə müdirləri elmi-tədqiqat planlarını 2026–2030-cu illərin bu prioritetləri əsasında hazırlamalıdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930