azturkxeber.az
http://azturkxeber.az

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Beynəlxalq yaşıl hidrogen laboratoriyası yaradılır

10-06-2025

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Beynəlxalq yaşıl hidrogen laboratoriyası yaradılır

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutu arasında Beynəlxalq yaşıl hidrogen laboratoriyasının (International Green Hydrogen Laboratory) yaradılması haqqında razılaşma imzalanıb.

İnstitutdan bildirilib ki, razılaşmanın məqsədi yaşıl hidrogenin istehsalı, saxlanması, daşınması və tətbiqi sahəsində birgə tədqiqatlar, texnoloji innovasiyalar, akademik əməkdaşlıq və bilik mübadiləsi üçün multidisiplinar platforma yaradılmasıdır.

Laboratoriya Elm və Təhsil Nazirliyi yanında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-tədqiqat bölməsi - Nanoelektrokimya və Elektrokataliz laboratoriyası (Azərbaycan tərəfi) və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun elmi-tədqiqat bölməsi - Tətbiqi kimya şöbəsi (Gürcüstan tərəfi) bazasında formalaşdırılacaq.

Razılaşma Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Baş direktoru akademik Dilqəm Tağıyev və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Grigor Tatişvili tərəfindən imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30