Gəncədə “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 21 Sentyabr Beynəlxaq Sülh Günü ərəfəsində və “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov ölkəmizdə bərqərar olmuş nümunəvi dini dözümlülük və tolerantlıq mühiti, dövlətimiz tərəfindən beynəlxalq və regional sülh və təhlükəsizliyə verilən tövhələr haqqında ətraflı məlumat verərək, din-dövlət münasibətlərini tənzimləyən normativ-hüquqi aktların müddəlarını diqqətə çatdırmış, həmçinin cəmiyyətdə qarşılıqlı anlaşmaya, sülhə xidmət edən bərabərlik hüququnun təmini və bütün növ ayrı-seçkiliklə, o cümlədən, dini ayrı-seçkiliklə mübarizə istiqamətində Ombudsman Aparatının fəaliyyətini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin mövzu üzrə fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.