azturkxeber.az
http://azturkxeber.az

BMT son zəlzələlərdən sonra Əfqanıstana yardımını genişləndirir

12-09-2025

BMT son zəlzələlərdən sonra Əfqanıstana yardımını genişləndirir

Əfqanıstanın şərqində baş verən son zəlzələlərdən sonra BMT-nin təşkilatı olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) yardımın miqyasını genişləndirir

Bu barədə BMT öz saytında məlumat yayıb.

Məlumata görə, BMqT zərər çəkmiş, evlərindən didərgin düşmüş və sığınacaq, çadır, yorğan və zəruri əşyalara ehtiyacı olan 134 min insana kömək etmək üçün təcili olaraq 16,8 milyon dollar tələb edir.

"Əhalinin tibbi yardıma, psixososial dəstəyə, eləcə də təmiz su və gigiyena vasitələrinə ehtiyacı var. Qadınlar və qızlar indiki şəraitdə, o cümlədən şəxsi həyatın olmaması səbəbindən risk altındadırlar", - məlumatda deyilir.

Qeyd edək ki, avqustun 31-də və sentyabrın 4-də baş verən güclü zəlzələlər Əfqanıstanda ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində 2100-dən çox insan həlak olub, 3600-dən çox insan yaralanıb. Ən çox dağıntılara Kunar, Nangarhar əyalətləri və Laqmanın bir hissəsi məruz qalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, zərər çəkmiş əyalətlərdə təxminən 3,7 milyon insan, o cümlədən 800 minə yaxın məcburi köçkün və geri qayıdan əfqan miqrantlar yaşayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930