azturkxeber.az
http://azturkxeber.az

Pekinin yaşlı əhalisinin sayı 5 milyonu ötüb

10-09-2025

Pekinin yaşlı əhalisinin sayı 5 milyonu ötüb

Pekinin yaşlı əhalisinin sayı 5 milyonu ötüb.

Bu barədə Çinin Sinxua agentliyi paytaxt şəhərinin yaşlı əhalisi ilə bağlı hesabat təqdim edib. Hesabatda qeyd edilib ki, belə yüksək nəticə ilk dəfə əldə olunub. Şəhərin 60 və yuxarı yaşlı daimi sakinlərinin sayı 5,14 milyon nəfərə çatıb. Bu göstərici ümumi əhalinin 23,5 faizini təşkil edir.

Statistikaya görə, Pekinin 80 və yuxarı yaşlı daimi sakinləri hazırda 687 min nəfər təşkil edir ki, bu da ümumi əhalinin 3,1 faizinə bərabərdir.

Pekin bələdiyyəsinin mülki məsələlər bürosundan verilən məlumata görə, 2024-cü ildən bəri yaşlılara yüksəksəviyyəli və çoxşaxəli qulluq xidmətlərini gücləndirib. Yerli hakimiyyət orqanları evdə qayğının keyfiyyətini artırmaq üçün ahıllara regional qulluq mərkəzləri yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930