Ötən ay dəmir yolu ilə daşınan sərnişinlərin sayı artıb
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 12 faiz daha çox sərnişin daşıyıb.
ADY-dən bildirilib ki, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi isə ötən ilin müvafiq dövrünün nəticələrini 20 faiz üstələyib.