Mərakeşin turizmdən əldə etdiyi gəlirlər təxminən 7 milyard dollar təşkil edir
Mərakeşdə turizm sektorunda cari ilin ilk yeddi ayında 67 milyard dirhəm (təxminən 7 milyard dollar) məbləğdə rekord gəlir qeydə alınıb, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.
Bu barədə Mərakeşin Turizm, Sənətlər, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2025-ci ildə turizm sektoru artım nümayiş etdirməkdə davam edəcək. İyulun sonunadək Mərakeşi 11,6 milyon turist ziyarət edib ki, bu da 2024-cü illə müqayisədə 16 faiz çoxdur.
Nazir Fatimə Zəhra Ammorun sözlərinə görə, turizmdən gələn gəlirlərin artması turizm sektorunun milli iqtisadiyyata əhəmiyyətli təsirini əks etdirir. “Turistlərin sayının artması və turizm məhsullarına qoyulan sərmayələr Mərakeşin cəlbedici turizm məkanı kimi mövqeyini gücləndirir. Biz bu tendensiyanı qorumaq üçün səy göstərməyə davam etdiririk”, - deyə nazir əlavə edib.