azturkxeber.az
http://azturkxeber.az

AQTA: İxrac olunan bir sıra heyvan mənşəli qida məhsulları sertifikatlaşdırılıb

03-09-2025

Bu ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta, İtaliya və Fransa respublikalarına 3 ton 600 kiloqram qurbağa ayağı, Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930