azturkxeber.az
http://azturkxeber.az

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 Mart “Elm günü”nə həsr olunmuş tədbir keçirilib

09-04-2025

Aprelin 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 27 Mart “Elm günü”nə həsr olunmuş tədbir keçirilib.
RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, baş direktorun ümumi işlər üzrə müavini Ramiz İskəndərov, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri iştirak ediblər
Tədbirdə iştirakçılara Respublika Seysmoloji Xidmət Mərkəzində aparılan kompleks seysmoloji, geofiziki, geodinamik, geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumatlar verilib.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova tələbələrə və şagirdlərə ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraitinə dair məlumatlar verərək, mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələr barədə təqdimatla çıxış edib.
“Zəlzələlərin təqdiqatı büro”sunun böyük elmi işçisi, Yer elmlər üzrə fəlsəfə doktoru Şirin İslamova RSXM-nin seysmik stansiyalar şəbəkəsi, seysmik stansiyalardan alınan siqnalların qəbulu və emalı prosesi, eləcə də mərkəzdə aparılan kompleks geofiziki-seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verib.
“Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, “Qravimetriya” şöbəsinin müdiri Elçin Bağırov, "Maqnitometriya" şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev, eləcə də “Episentral” şöbənin elektronçusu Əmirxan Abbasov iştirakçıları mərkəzin müvafiq şöbələrində aparılan ölçmə işləri ilə yaxından tanış ediblər.
İştirakçılara 1902-ci ildən sonra Azərbaycanda aparılan müşahidələr zamanı istifadə olunan seysmoloji və geofiziki cihazlar əyani şəkildə nümayiş etdirilib. Azərbaycanda seysmik vəziyyətin hazırkı vəziyyəti, beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən yeni seysmik stansiyaların quraşdırılması və fəaliyyəti ilə məruzələr təqdim olunub.
Daha sonra qonaqlara çöl ekspedisiya tədqiqatlarında istifadə olunan geofiziki cihazlar vasitəsilə dalğaların qeydə alınması, eləcə də seysmik kəşfiyyat işləri ilə bağlı məlumatlar verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə martın 27-i “Elm günü” kimi qeyd edilir.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930