azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın gənc badmintonçuları beynəlxalq turniri 6 medalla başa vurublar

27-02-2025


Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 2 gümüş, 4 bürünc medal qazanıblar.

Badminton Federasiyasından  verilən məlumata görə, 19 yaşadək badmintonçular arasında təşkil olunan yarışda Ülvi Hüseynov oğlanların şəxsi mübarizəsində 3-cü yeri tutub.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb.

Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb. Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemi "Uganda Junior International 2025" turnirində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva qoşası gümüş mükafata sahib çıxıb.

Daha bir badmintonçumuz Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançı finala kimi irəliləməyi bacarıb.

Qeyd edək ki, Azərbaycan badmintonçularının da qatıldığı Uqandada keçirilən beynəlxalq turnirlərdə ev sahibi ilə yanaşı, Türkiyə, İtaliya, Hindistan, İsveçrə, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, BƏƏ, Malayziya, İndoneziya, Misir və Mərakeşi təmsil edən badmintonçular iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
2425262728