azturkxeber.az
http://azturkxeber.az

Badmintonçularımız Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 3 qızıl və 3 bürünc medal qazanıblar!

25-11-2024

 

Kişi badmintonçuların şəxsi yarışında Diki Pangestu, kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov-Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin badmintonçularının iştirak etdiyi beynəlxalq turnirdə qızıl medal qazanıb. Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçularımız bürünc medalı təmin edib. Daha 2 bürünc medal qadın badmintonçuların şəxsi yarışında qazanılıb. Həcər Nuriyeva və Era Maftuha müvafiq kateqoriya üzrə bürünc medala layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930