azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan badmintonu tarixində ilk!

19-05-2025

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq. 2025-ci ilin 25-31 avqustunda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi dünya çempionatında təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçularımızın Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031