azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 3 qızıl medal qazanıblar

09-06-2025

Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar.

Badminton Federasiyasından verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub.

Yeniyetmə badmintonçular daha bir qızıl medalı qarışıq qoşa kateqoriyasında əldə edib. Ülvi Hüseynov – Leyla Camalzadə tandemi müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30