azturkxeber.az
http://azturkxeber.az

Kişi voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

10-12-2024

 Bu gün GİN-nin Voleybol Mərkəzində II turun iki qarşılaşması baş tutub. MOİK “Xilasedici” ilə, “AZERRAIL” isə “Gənclər” komandası ilə üz-üzə gəlib. Hər iki oyunda 3:0 hesabı qeydə alınıb. “Xilasedici” MOİK-i, “AZERRAIL” isə “Gənclər” komandasını quru hesabla məğlub edib.
Qeyd edək ki, II turun son oyunu sabah keçiriləcək. GİN-nin Voleybol Mərkəzində “Murov Az Terminal” komandası “Neftçi” ilə üz-üzə gələcək.

Oyunların nəticələri
Yüksək Liqa (kişilər)
II tur
10 dekabr 
MOİK - “Xilasedici” 0:3 (19:25, 17:25, 10:25)
“AZERRAIL” - “Gənclər” 3:0 (25:23, 25:13, 25:15)

11 dekabr
15:00. “Murov Az Terminal” - “Neftçi”
CBC Sport (canlı)
Ünvan: GİN-nin Voleybol Mərkəzi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031