azturkxeber.az
http://azturkxeber.az

Türk xalqları arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub

26-11-2024 Baxılıb: 1

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev ilə görüşüb.

Akademiyadan  bildirilib ki, görüşdə akademik Şahin Mustafayev rəhbəri olduğu qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ümumi məlumat verib.

Alibek Bakayev isə bu ilin sentyabrında Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasında ortaq türk əlifbasi üzərində ümumi razılığı yüksək dəyərləndirib, 34 hərfdən ibarət bu əlifbanın türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına töhfə verəcəyini deyib

Nazir müavini, həmçinin əməkdaşlığa və akademiyanın təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.

Görüşdə 2025-ci il üçün planlar və prioritet sahələr, o cümlədən türk xalqları arasında elmi əməkdaşlığın perspektivləri müzakirə olunub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031