azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti sığorta sahəsində əməkdaşlıq edəcək

26-11-2024 Baxılıb: 2

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında sığorta sahəsində əməkdaşlıq qurulub.

ASA-dan verilən məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyi arasında memorandum imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında kadr, təcrübə və məlumat mübadiləsi, yeni ortaq məhsul strategiyalarının formalaşdırılması, iki ölkə arasında təkrarsığorta əlaqələrinin qurulması yönündə əməkdaşlıq istiqamətləri müəyyən olunub. Bu əməkdaşlıq istiqamətləri arasında, Türk Dünyası Sığorta Birliyinin (TDSB) Azərbaycanın Şuşa şəhərində keçiriləcək I Assambleyasının təşkilatçılığında TDSB-də müşahidəçi qurum olan Şimali Kipr Sığorta və Təkrarsığorta Şirkətləri Birliyinin iştirakı da yer alıb.

Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüskarlığı və təşkilatçılığı ilə Azərbaycanın sığorta sahəsində əməkdaşlıq etdiyi ölkələrin sayı 9-a çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031