azturkxeber.az
http://azturkxeber.az

Martin Frik: Dünyada pandemiya və münaqişələr səbəbindən qidalanma ilə bağlı təchizat zənciri pozulub

17-11-2024 Baxılıb: 0

IMG

Hazırda dünyada 59 münaqişə ocağı var. Dünyanın bir çox ölkələrində inflyasiya dərəcəsi artır. Bir çox ölkələrdə milli valyutalar dəyər itirir. Beləliklə, hər bir müharibə dəhşətli faciələr yaradır. Pandemiyalar səbəbindən xərclər artır, bu da qiymətlərin artmasına səbəb olur.

azturkxeber.az xəbər verir ki, bu sözləri Ümumdünya Ərzaq Proqramının (WFP) Berlin Qlobal Ofisinin Direktoru Martin Frik noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada pandemiya və münaqişələr səbəbindən qidalanma ilə bağlı təchizat zənciri pozulub. Həmçinin iqlim dəyişikliyi də bu problemlərə daxildir.

"Hazırda dünyanın 10 milyard insanın yaşaması üçün qidalandırma potensialı var. Lakin qidaların paylanması qeyri-bərabərdir", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031