azturkxeber.az
http://azturkxeber.az

Əlcəzairli mühəndis iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini təqdirəlayiq hesab edib

12-11-2024 Baxılıb: 3

 

COP29 iqlim sammitindən gözləntilərimiz olduqca yüksəkdir. Hazırda karbon tullantılarının 15 faiz azaldılmasını hədəfləyən hidrogen layihələrinə xüsusi diqqət yetiririk və artıq iki belə layihənin icrasına başlamışıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn Əlcəzairin Neft və Enerji Nazirliyinin energetika mühəndisi Mariem Hamadi söyləyib.

Asiyada ilk dəfə olduğunu bildirən Mariem Hamadi tədbirlə bağlı təəssüratlarını belə ifadə edib: “Azərbaycanın həm təşkilatçılıq səviyyəsindən, həm də ölkənin qonaqpərvərliyindən çox məmnunam. Konfransın təşkilati cəhətdən digər COP tədbirlərindən daha yüksək səviyyədə olduğunu gördüm. İqlim dəyişikliyi ilə mübarizəyə dair bu vacib tədbirin keçirilməsinə və ölkəmizə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031