azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur.

21-01-2025 Baxılıb: 27

Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin təqdimatında mühüm rol oynadı. Bu səfər Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfər idi. Gürcüstanın Baş nazirinin ilk xarici səfərini məhz Azərbaycana etməsi ölkələrimiz, xalqlarımız arasında dostluğu, qardaşlığı bir daha dünyaya nümayiş etdirdi.Bu gün Azərbaycan və Gürcüstan təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən müddət ərazində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb.Müstəqillik qazandıqdan az bir müddət sonra Azərbaycan Respublikası ilə Gürcüstan arasında da diplomatik əlaqələr qurulmuşdur. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlamış, 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılmışdır.

Son on illərdə dünyada ən düşündürücü, ən narahatedici problemlərdən biri də enerji məsələsidir. Ona görə də dövlətlərarası iqtisadi münasibətlərin qurulmasında enerji amili həmişə diqqət mərkəzində olub. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu amili nəzərə alaraq dedi: “Energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir”.

Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycan və Gürcüstan arasında davamlı olaraq inkişaf edən tərəfdaşlıq nəinki regionun iqtisadi-siyasi vəziyyətinin, eləcə də qlobal iqtisadiyyatın artımına xidmət edir. Gürcüstan tranziti vasitəsilə ölkəmiz hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, habelə geniş coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin həyata keçirilməsi üçün işlər uğurla davam etdirilir. Hər iki ölkənin müvafiq qurumlarının koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycanla və Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Bununla paralel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirirlər. Eyni zamanda, cənab Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasında müzakirə edildiyini bildirdi.

Azərbaycan və Gürcüstan arasında münasibətlərin siyasi komponenti Cənubi Qafqazda iqtisadi artıma və davamlı sabitliyin təmin edilməsinə töhfə verən regional inkişafda mühüm amil olaraq qalır. Hər iki ölkə digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə, beynəlxalq münasibətlərə, ədalət və ümumi təhlükəsizliyə nail olmaq üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Strateji müstəvidə möhkəm əlaqə və qarşılıqlı maraqlar onları beynəlxalq siyasətdə ciddi qüvvəyə və nüfuzlu aktora çevirir. Bu da öz növbəsində regionumuzda sabitliyin qorunmasına öz töhfəsini verir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, rifahın və inkişafın dayaq nöqtələridir. Gürcüstanla Azərbaycan arasında münasibətlər coğrafi yaxınlıq, tarixi əlaqələr, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində ümumi maraqlar sayəsində formalaşmış güclü tərəfdaşlıqla səciyyələnir.Qarşılıqlı ehtirama əsaslanan belə görüşlər iki dövlət arasında səmimi münasibətlərin tarixidir. Bu görüşdən sonra  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin daha da inkişaf etdiriləcəyinin zəmanəti kimi tarixləşdi.

Xanış Abasov,

Salyan Rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi Şəxsin”

Vərəm şöbəsinin  müdir əvəzi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031