azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ilə İspaniya arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

07-11-2024 Baxılıb: 6

Azərbaycan ilə İspaniya arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Noyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, ilk növbədə, İspaniyada baş vermiş daşqınlar səbəbindən həyatını itirmiş şəxslər və təbii fəlakətin digər fəsadları ilə bağlı başsağlığı mesajını yenidən ifadə edib.

Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib və mövcud əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Telefon danışığı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031