azturkxeber.az
http://azturkxeber.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Azərbaycan ilə birlikdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start veridi 

25-11-2024 Baxılıb: 8

 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Azərbaycan ilə birlikdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir. 

Kampaniyanın başlanması ilə əlaqədar Dövlət Komitəsinin sədri Bahar Muradova videomüraciət ünvanlayıb. 

Qeyd edək ki, kampaniya 25 noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edir.

Kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031